Şahin Diniyev "Rəvan"ı ilk oyununa çıxarır

23:40 - 12 Oktyabr 2013

"Rəvan" "Neftçi"ni sınağa çəkəcək
 
“Rəvan” sabah yoxlama oyunu keçirəcək. Şahin Diniyevin başçılıq etdiyi komanda “Bayıl Arena”da əvəzedici heyəti sınağa çəkəcək.
 
Sportal.az xəbər verir ki, oyun saat 11:00-da “Bayıl Arena”da reallaşacaq. Bu oyun Diniyev üçün iki mənada əhəmiyyətli olacaq. Təcrübəli çalışdırıcı həm əsas heyətin futbolçularını sınaqdan keçirəcək, həm də əvəzedici heyətdə oynayan futbolçulara baxacaq.
 
Qeyd edək ki, Diniyevin rəsmi debütü “Neftçi” ilə oyuna təsadüf edəcək.

Xəbər xətti