"Şahin Diniyevlə daha yaxşı işlər görəcəyik" MÜSAHİBƏ

11:40 - 13 Oktyabr 2013

Fredrik Holster:"Son oyunlarda daha yaxşı futbol nümayiş etdirirdik"
 
"Rəvan"ın futbolçusu Fredrik Holsterin Sportal.az-a müsahibəsi:
 
- Çempionatda ilk dövrə başa çatdı. Necə dəyərlənirirsən?
- İlk dövrənin bizim üçün yaxşı keçdiyini desəm, yalan olar. İstədiyimiz oyunu göstərə bilmədik,amma son oyunlarda daha yaxşı futbol nümayiş etdirirdik. İndi diqqətimizi yalnız irəlidəki oyunlara yönəltmişik.
 
- İlk dövrədə demək olar ki, sənin oyununu görə bilmədik. Bunun səbəbi nə idi?
- Bu sualı baş məşqçidən soruşsanız, daha yaxşı olar. Mən həmişə komandama kömək etməyə hazıram.
 
- Artıq komandanızda növbəti baş məşqçi dəyişikliyi baş tutdu. Nə deyərsən bu haqda?
- Baş məşqçi dəyişikliyi elə də yaxşı hal deyil. Ancaq inanıram ki, yeni baş məşqçi ilə daha yaxşı işlər görəcəyik. Çünki ilk gündən məşqlərə daha həvəslə məşq edirik.
 
- Şahin Diniyev haqqında əvvəl nəsə bilirdin?
- Az məlumatım var, bilirəmki, ölkənizin təcrübəli məşqçilərindən biridir.
 
- Rəhbərlik tərəfindən sizə bu mövsüm üçün konkret hədəf qoyulub?
- Yox, biz çalışacağıq ki, bacardığımız qədər yuxarı pillələrə yüksələk. Bunu da bacaracağımıza inanıram.
 
Yusif HÜSEYN

Xəbər xətti