Şahin Diniyev gəldi, Bəhman Həsənov getdi FOTO

11:54 - 13 Oktyabr 2013

Bəhmən Həsənov Ukraynanın Donetsk şəhərində səfərdə olub
 
 
"Rəvan” Futbol Klubunun aşağı yaş qrupları üzrə koordinatoru vəzifəsində çalışan Bəhmən Həsənov Ukraynanın Donetsk şəhərində işgüzar səfərdə olub. 
 
 
Sportal.az xəbər verir ki, mütəxəssis "Şaxtyor” Futbol Akademiyasında olub, onların iş prinsipləri və məşq metodları ilə yaxından tanış olub.
 
Orada "Şaxtyor” Futbol Akademiyasının direktoru Aleksandr Funderatla görüşən və fikir mübadiləsi aparan Bəhmən HəsənoV donetsklilərin gənclərdən ibarət (əvəzedici) komandasının baş məşqçisi Migel Kardoso ilə də görüş keçirib. Akademiyanın işi ilə ətraflı şəkildə tanış olan Həsənov hazırda "Şaxtyor"da işləyən "Simurq"un sabiq üzvü Mixael Storastyakla da görüşüb.

Xəbər xətti