Şahin Diniyev darmadağınla başladı

16:35 - 13 Oktyabr 2013

"Rəvan" yeni baş məşqçisiilə ilk oyununa çıxıb
 
"Rəvan” Futbol Klubu yığma komandaların oyunları ilə bağlı Premyer Liqada fasilə yaranmasından istifadə edərək yoxlama oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, "Rəvan”ın əsas komandası əvəzedicilərlə üz-üzə gəlib. Oyun əsas komandanın 6:1 hesablı qələbəsiylə başa çatıb. Əsas komandanın heyətində Xuan Manuel Varea (2), Rəşad Abdullayev, Ramazan Abbasov, Elnur Abdulov və Ceyhun Cavadov, əvəzedicilərdə isə Rüfət Cəlilov fərqlənib. Qeyd edək ki, bu, Şahin Diniyevin "Rəvan”ın baş məşqçisi kimi ilk oyunu idi. Onun ilk rəsmi oyunu isə oktyabrın 19-da  Premyer Liqanın 10-cu turu çərçivəsində "Neftçi”yə qarşı baş tutacaq.

Xəbər xətti