"Qəbələ" "İnter" üçün başladı

01:30 - 14 Oktyabr 2013

Komanda gündə iki dəfə məşq keçir
 
Premyer Liqanın IX turu çərçivəsində keçirilən "Qəbələ" - "Neftçi" (1:2) matçından sonra çempionata verilən fasiləyə görə 4 günlük istirahətə buraxılan "qırmızı-qaralar" oktyabrın 8-dən təlim-məşq prosesini davam etdirir.
 
Sportal.az xəbər verir ki,baş məşqçi Yuri Syominin rəhbərliyi altında Qəbələdə biraraya gələn komanda gündəlik iki məşqlə növbəti - X turda baş tutacaq "İnter"-"Qəbələ" oyununa hazırlaşır. Hazırlıq prosesində milli komandaların heyətində olan Elnur Allahverdiyev, Volodimir Levin(hər ikisi Azərbaycan milli komandası), Deyan Kelhar (Sloveniya milli komandası), Ürfan Abbasov (Azərbaycan U-21), Sadiq Quliyev, Elvin Camalov (hər ikisi Azərbaycan U-19), zədədən sonra bərpa prosesi keçən Rail Məlikov və Omar Kalabane iştirak etmir.  
 
Xatırladak ki, "İnter" - "Qəbələ" matçı oktyabrın 19-da baş tutacaq.

Xəbər xətti