"Yuventus"un futbolçusuna "Çelsi"dən təklif

01:43 - 14 Oktyabr 2013

"Zadəganlar" rəsmi təklif göndərib
 
“Yuventus”un fransız yarımmüdafiəçisi Pol Poqbanın adı yenə Avropanın top klubları ilə birgə hallanır.
 
Sportal.az xəbər verir ki, indi də “Çelsi” 20 yaşlı futbolçunu heyətinə qatmaq istəyinə düşüb. Artıq qarşı tərəfə rəsmi təklif göndərilib. Poqbanın özü “Yuventus”da xoşbəxt olduğunu desə də, onun rəhbərliklə münasibətinin o qədər də yaxşı olmadığı bildirilir. Belə ki, “Yuve”nin prezidenti Andrea Anyelli hər açıqlamasında Poqbanı satmağa hazır olduqlarını deyir. 

Xəbər xətti