"Fənərbaxça"nın yeni hədəfi

02:08 - 14 Oktyabr 2013

Pastoreyə üç təklif birdən
 
PSJ-nin argentinalı hücumçusu Xavyer Pastorenin qışda klubunu dəyişəcəyi real görünür.
 
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçunun müştərilərinin sayı durmadan artır. Pastoreni almaq istəyən klubların siyahısında “Milan”, “Liverpul” və “Arsenal”la yanaşı, “Fənərbağça” da var. Argentinalının İngiltərəyə köçmək ehtimalı daha yüksəkdir. Qeyd edək ki, Pastore 2011-ci ildən PSJ-nin uğurları üçün çalışır. O bu komandaya “Palermo”dan transfer edilmişdi.

Xəbər xətti