Premyer Liqanın 3 oyunu canlı yayımda

11:34 - 14 Oktyabr 2013

"İdman Azərbaycan" kanalı iş başında

 

Azərbaycan Premyer Liqasında X turun 3 oyunu canlı yayımlanacaq.

 

Sportal.az xəbər verir ki, oktybarın 19-da saat 16:00-da başalayacaq "İnter" - "Qəbələ" matçı AzTV-nin canlı efirində olacaq. Həmin gün 19:00-da start fiti səslənəcək "Neftçi" - "Rəvan" qarşılaşmasını "İdman Azərbaycan" təqdim edəcək.

 

Ertəsi gün saat 16:00-da start veriləcək "Bakı" - AZAL oyunu da "İdman Azərbaycan"da canlı yayımlanacaq. 

Xəbər xətti