"Yığma komandanın hər bir oyunu milli bayramdır"

12:06 - 14 Oktyabr 2013

Nazim Süleymanov: "Stadionda mütləq anşlaq olacaq"
 
Azərbaycan milli komandasının ba məçqisi Berti Foqtsun köməkçisi Nazim Süleymanov "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Rusiya iə oyunöncəsi maraqlı fikirlər səsləndirib. 
 
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan Süleymanov Rusiya mllisini dünyanın ən yaxşılarından adlandırıb. 
 
"Yığma komandanın hər bir oyunu milli bayramdır. Bu baxımdan sabah axşam maraqlı oyun olacaq. Stadionda mütləq anşlaq olacaq. Azarkeşlərimiz oyunboyu komandanı dəstəkləyəcəklər. Düşünürəm ki, Rusiya millisi Avropa və eyni zamanda dünyanın ən güclü yığmalarından biridir. Ona görə də bu komandanı Bakıda qəbul etmək çox xoş olacaq."      
 
Qeyd edək ki, Azərbaycan - Rusiya oyunu sabah axşam, saat 22:00-da başlayacaq.

Xəbər xətti