"Müsahibə vermək üçün onlardan icazə almaq fikrində deyilik"

13:37 - 14 Oktyabr 2013

Rəşad Sadıqov: "O, öz gücünə inanırsa, bunu meydanda göstərməlidir"
 
"Bizi vacib və çətin oyun gözləyir. Seçmə mərhələni uğurla başa vurmaq istəyirik. Ən azından ruslara məğlub olmamağa çalışacağıq".
 
Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsində Rusiya yığması ilə oyunöncəsi təşkil olunmuş mətbuat konfransında deyib.
 
Təcrübəli müdafiəçi rusiyalı futbolçuların oyunqabağı əminlikə danışmalarına münasibət bildirib:
 
"Bizim də bəzi futbolçular özünəinamlı açıqlamalar verir. Bu da rəqibi qıcıqlandırır. Ancaq müsahibə vermək üçün onlardan icazə almaq fikrində deyilik. Onların belə açıqlamalar verməsi düzgün deyil. Aleksandr Səmədovun bizi cəzalndırmağa çalışmasına və verdiyi açıqlamaya gəldikdə isə, onu demək istəyirəm ki, öz gücünə inanırsa, bunu meydanda göstərməlidir. O, mənim üçün Səmədov yox, sadəcə Aleksandrdır. Heyf ki, onunla meydanda qarşılaşacağıq. Yoxsa ədəbsiz danışığına görə cavab verməli olacaqdı".
 
"Rusiya millisi yəqin ki, əvvəlki oyunlarını göstərək. Onların müəyyən üstünlüyü var. Heç-heçəyə qane ola bilərlər. Ancaq rəqib buradan qələbə ilə getmək istəyəcək".

Xəbər xətti