"Ola bilər ki, bu oyundan sonra Rusiyanın ortabab klublarının maraq dairəsinə düşüm"

13:53 - 14 Oktyabr 2013

Rüfət Dadaşov: "Bütün diqqətimi öz oyunuma yönəldəcəyəm ki, komandamız qələbə qazansın"

 

Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya ilə keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, Almaniyanın "Kayzerslautern" klubunun ikinci heyətində oynayan gənc forvardı belə danışıb:

 

“Çətin oyun olacaq. Çalışacağıq ki, məğlub olmayaq. Ola bilər ki, bu oyundan sonra Rusiyanın ortabab klublarının maraq dairəsinə düşüm. Ancaq buna fikir vermirəm. Bütün diqqətimi öz oyunuma yönəldəcəyəm ki, komandamız qələbə qazansın”. 

Xəbər xətti