"O nə aktyordur, nə də simulyant"

18:05 - 14 Oktyabr 2013

Xavi Neymara sahib çıxdı

Son vaxtlar Neymarı etdiyi driblinqlərlə yanaşı, həm də simulyasiyaya meyilli olması ilə yada salırlar. 

Sportal.az xəbər verir ki, ancaq “sambaçı”nın “Barselona”dakı komanda yoldaşı Xavi Ernandes bu fikirlə razı deyil. İspaniya mətbuatına açıqlamasında o, Neymarın simulyant olmadığını deyib: “Neymarın haqqında səslənən fikirlərini qəbul etmirəm. O nə aktyordur, nə də simulyant. Sadəcə, bizim düşmənlərimiz çoxdur. “Real”ın azarkeşləri Neymar haqda bu cür sözlər yaymaqla ortalığı qarışdırmaq istəyirlər”. 

Xəbər xətti