"Hollandiya ilə oyun isə Türkiyə futbol tarixinin ən vacib qarşılaşmasıdır"

01:34 - 15 Oktyabr 2013

 

Fatih Terim Hollandiya ilə oyundan danışdı
 
Türkiyə millisinin baş məşqçisi Fatih Terim sabah axşam qarşılaşacaqları Hollandiya ilə oyunöncəsi azarkeşlərə səslənib.
 
Sportal.az xəbər verir ki, Terim dünya çempionatının final mərhələsinə getmək yolunda azarkeş dəstəyinə ehtiyac olduqlarını bildirib:
 
"Hollandiya ilə oyuna təsminən 50 min azarkeşin gələcəyi gözlənilir. Həqiqətən onların dəstəyinə ehtiyacımız var. Qələbə qazanmaq üçün arzu və istəyimiz də olmalıdır. Azarkeşlərimiz eyni zamanda futbolçularımın edəcəyi hər hansı bir səhvi də səbirlə qarşılamalıdırlar. Estoniya ilə oyunda 3 xal qazanmaqla şansımızı davam etdiririk. Hollandiya ilə oyun isə Türkiyə futbol tarixinin ən vacib qarşılaşmasıdır".
 
Qeyd edək ki, Türkiyə - Hollandiya oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Xəbər xətti