Mançini köhnə futbolçusunu yanına gətirir

02:00 - 15 Oktyabr 2013

 

"Qalatasaray" serb müdafiəçi ilə maraqlanır
 
“Qalatasaray” qış transferi dövründə heyətini gücləndirməyi planlaşdırır.
 
Sportal.az xəbər verir ki,“Cim-bom” “Mançester Siti”nin serbiyalı müdafiəçisi Aleksandr Kolarovla yaxından maraqlanır. “Sarı-lacivərtlilər”in baş məşqçisi Roberto Mançini sabiq yetirməsini yenidən yanında görmək arzusundadır. Türkiyə mətbuatının yazdığına görə, “Qalatasaray” rəhbərliyi bu transferə görə 7,5 milyon avro xərcləməyi göz önünə alıb. Hazırda tərəflər arasında danışıqlar gedir. Əgər “şəhərlilər”i razı salmaq mümkün olsa, Kolarov yanvarda İstanbula köçəcək. 

Xəbər xətti