Syomin: "Rusiya millisini asan oyun gözləmir"

14:53 - 15 Oktyabr 2013

"Ancaq bizim söhbətimiz Rusiya ilə oyunla bağlı olmayıb"
 
"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib.

Sportal.az xəbər verir ki, o, bu gün keçiriləcək Azərbaycan - Rusiya oyunundan, "Qəbələ" klubundan və Azərbaycan futbolunun səviyyəsi haqda danışıb.
 
- Azərbaycan - Rusiya oyununu canlı izləyəcəksiniz?
- Mütləq. Məncə, komandalar psixoloji cəhətdən sərbəst olacaqlar, qapalı futbol oynamayacaqlar. Buna görə də maraqlı bir oyunun şahidi olacağıq. Çox gərgin qarşılaşma olacaq. Rusiya millisini asan oyun gözləmir.

- Futbol Azərbaycanda bir nömrəli idman növüdür. Ancaq Şimali İrlandiya ilə oyunda stadiona cəmi 11 min azarkeş gəlib. Nə baş verir?
- Hamı millidən qələbə gözləyir. Ancaq Azərbaycan yığması bu seçmə mərhələdə cəmi bir qələbə qazanıb. Bu qələbədən sonra isə, Rusiya ilə oyunda azarkeş sayı artacaq. Onsuzda Rusiyanın keçmiş mütəffiq ölkələrin hər biri ilə oyuna maraq çox olur. Belə oyunlar həmişə prinsipial xarakter daşıyıb.

- Berti Foqtsun köməkçiləri oyunqabağı sizinlə danışıb?
- Bəli. Ancaq bizim söhbətimiz Rusiya ilə oyunla bağlı olmayıb. "Qəbələ"də oynayan U-21 millinin iki üzvü barədə danışmışıq. 

- Azərbaycan millisində bizim üçün kim təhlükəli ola bilər?
- Hücumçu Rauf Əliyevi və gənc yarımmüdafiəçi Araz Abdullayevin adını çəkə bilərəm. Güclü mərkəz müdafiəçsi Rəşad Sadıqovu da qeyd etməliyəm. Həmçinin yaxşı tanıdığınız, "Rubin"də çıxış edən Ruslan Abışov d çox şeyə qadirdir. Ən əsası isə Kamran Ağayev kimi güclü qapıçıları var.

- Ruslan Abışovu icarəyə götürmək üçün cəhd edəcəksiniz?
- Əlbəttə. "Qəbələ"də yerli futbolçulara üstünlük vermək istəyirik.

- Deyilənə görə, "Qəbələ"də əsas problem legioner limiti ilə bağlıdır.
- Bəli. Bu, bizim üçün böyük problemdir. Üstəlik Azərbaycanda belə bir nüans da var ki, daima bir nəfər  yaşı 21-dən yuxarı olmayan futbolçu oynamalıdır. Onu isə əvəzləmək istəyəndə çətinlik çəkirsən.

- Azərbaycanda futbolla bağlı olmayan nə xoşunuza gəlir?
- Çox gözəl mehmanxanalar,  hamamlar, trenajor zalları, tennis kortları var. Çay  və ən nəhayət möhtəşəm Azərbaycan plovu.  Müasir Bakı isə  Birləşmiş Ərəb Əmirliyinə bənzəyir.

- Azərbaycanda Rusiya Premyer Liqasına maraq var?
- Var. Ancaq burada əsasən Türkiyə və yerli çempionatı izləyirlər.

- Qəbələ böyük şəhər deyil və Bakıdan 220 km aralıdır. Buna görə sizə daxdırıcı deyil?
- Darıxanda 2-3 günlük evə - Moskvaya gedirəm. Ya da futbol oynayırıq. Yeri gəlmişkən Braziliyada keçiriləcək Dünya çempionatına getməyə hazırlaşırıq. Ukrayna Dünya çempionatına vəsiqə qazansa, lap əla olacaq. Bircə qalır ki, onlar Rusiya ilə bir qrupa düşsünlər.

Xəbər xətti