"Hətta onlar bizi tək ayaqla məğlub edəcəklərini demişdilər"

12:35 - 16 Oktyabr 2013

Vaqif Cavadov:"Biz isə göstərdik ki, futbol oynamağı bacarırıq"
 
DÇ-2014-ün seçmə mərhələsində dünən keçirilən Azərbaycan - Rusiya oyunundan sonra milli komandamızın üzvü Vaqif Cavadov Rusiya mətbuatına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, bərabərlik qolunu vuran hücumçumuz qələbə qazanmaq istədiklərini deyib. Ancaq o, oyunun nəticəsindən narazı qalmadıqlarını bildirib: "Çox istəyirdik ki, qalib gələk. Məncə, 1:1 hesabı qanunauyğundur".
 
V.Cavadov oyundan qabaq rəqib futbolçularının iddialı açıqlamalar vermsəniə toxunub. Qeyd edib ki, ruslar millimizi düzgün qiymətləndirməyiblər: "Rusiya millisinin bir neçə oyunçusu bizim haqda pis fikirdə idi. Hətta onlar bizi tək ayaqla məğlub edəcəklərini demişdilər. Biz isə göstərdik ki, futbol oynamağı bacarırıq".

Xəbər xətti