"Qəbələ" "Rubin"lə qarşılaşacaq

12:57 - 16 Oktyabr 2013

"Qəbələ"nin 12 yaşa qədər futbolçulardan ibarət komandası "Young Talents" ("Gənc İstedadlar") turnirində iştirak edəcək
 
"Qəbələ"nin 12 yaşa qədər futbolçulardan ibarət komandası "Young Talents" ("Gənc İstedadlar") turnirində iştirak məqsədilə sabah Rusiyanın Sankt-Peterburq şəhərinə yallanacaq.
Sportal.az xəbər verir ki, 20 komandanın iştirakı ilə baş tutacaq turnirdə "Qəbələ" C Qrupunda yer alacaq. Növbəti mərhələyə vəsiqə uğrunda klub "Young Talents" Komandası, "Rubin", "Baltika", "Dinamo" (hamısı Rusiya) kollektivləri ilə qarşılaşacaq. 
 
17 oktyabr
"Young Talents" Komandası - "Qəbələ"
"Qəbələ" - "Rubin"
 
18 oktyabr
"Dinamo" - "Qəbələ"
"Qəbələ" - "Baltika"

Xəbər xətti