"Azarkeşlərin Səmədova reaksiyaları mənə kömək edirdi"

15:08 - 16 Oktyabr 2013

Elnur Allahverdiyev:"Onun etdiyi hərəkət bizim mentalitetimizə uyğun deyildi"
 
Dünən yığma komandamız Rusiyanı qəbul edib.
 
1:1 hesabı ilə başa çatan matçdan sonra millimizin üzvü Elnur Allahverdiyev öz fikirlərini Sportal.az-la bölüşüb.
 
"Bizim üçün çətin oyun oldu, bir xal qazanmaq istəyirdik və şükürlər olsun ki, qazandıq. Bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm və bir xalı onlara hədiyyə edirəm. İlk hissə yaxşı oyun göstərməsək də, ikinci hissə oyunumuz alındı".
 
Təcrübəli müdafiəçi "Aleksandr Səmədova qarşı oynadın bu sənə çətin olmadı?" sualına isə belə cavab verib:
"İlk olaraq onu deyim ki, onun oyundan əvvəl dediyi sözlər bizim menatalitemizə uğun deyildi və onun sözləri səhv başa düşüldü. Qaldı ki, oyunda onun qarşısını almaq elə də çətin olmadı, azarkeşlərin Səmədova reaksiyaları mənə kömək edirdi".

Xəbər xətti