"Barselona" kimə "elçi düşüb"?

22:17 - 16 Oktyabr 2013

Katalon klubu bu transfer üçün 35 milyon avro xərcləməyə hazırdır
 
Dortmund “Borussiya”sının futbolçusu Mats Hummels yenidən “Barselona”nın maraq dairəsinə düşüb.
 
Sportal.az xəbər verir ki, kataloniyalılar 24 yaşlı müdafiəçini mövsümün sonunda transfer etmək niyyətindədirlər. Məlumata görə, “Barsa” Hummelsə görə 35 milyon avro xərcləməyə hazırdır. Qarşı tərəfin bu təklifə necə cavab verəcəyi maraqla gözlənilir. Əlavə edək ki, Almaniya yığmasının da üzvü olan Hummels 2008-ci ildən “Borussiya” formasını geyinir. 

Xəbər xətti