Terim:"Türk xalqımdan üzr istəyirəm"

22:34 - 16 Oktyabr 2013

"Onlar bizdən daha düzgün oynadılar və qalib gəldilər"
 
 
"Bu bayram günündə stadionu doldurub, bizi dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm. Türk xalqından üzr istəyirəm. Ancaq düzgün fikirləşəndə onların yaxşı komanda olduğunu görərik. Bu cür yığmaları məğlub etmək üçün qol vurmaq lazımdır. Qapımızda gördüyümüz və ya vura bilmədiyimiz qollar şanssıqlıq deyil. Oyunda əvvəl nələr üzərində çalışmışdıqsa, orada da səhv etdik. Onlar bizdən daha düzgün oynadılar və qalib gəldilər".
 
Sportal.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim DÇ-2014-ün seçmə mərhələsində Hollandiya ilə oyundan (0:2) sonra deyib.
 
O, dünya çempionatına gedə bilməyəcəkləri üçün təəssüfləndiyini bildirib: "Bundan sonra daha yaxşı komanda olmağa çalışacağıq. Həyat bitməyib, davam edir. Niyə məğlub olduğumuzu analiz edəcəyik. Çox təəssüfki, "pley-off"ə vəsiqə qazana bilmədik. Ancaq futbolçularım mümkünsüzü mümkün etməyə çalışdı. Hesab 1:1 olsaydı, daha fərqli olardı. Alınmadı, qol vura bilmədik. Daha yaxşı millini Avropa çempionatında görəcəksiniz".

Xəbər xətti