"Real"ın ulduzuna iki təklif gəlib

00:18 - 17 Oktyabr 2013

Xabi Alonso karyerasını ABŞ-da davam etdirə bilər
 
“Real”ın təcrübəli yarımmüfafiəçisi Xabi Alonsonun adı müxtəlif klublarla birgə hallanır.
 
Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçunun ABŞ-a köçmək ehtimalı var. Belə ki, Alonso ilə MLS-in 2 klubu yaxından maraqlanır. Söhbət “Los Anceles Qalaksi” və “Nyu-York Red Bullz”dan gedir. Hər iki klub Alonsoya ikiillik müqavilə təklif edir. İspaniya yığmasının üzvü təkliflərə cavab vermək üçün vaxt istəyib. Onu da bildirək ki, Alonso uzun müddətdir zədədən əziyyət çəkir və bu səbəbdən yaşıl meydanlara həsrət qalıb.

Xəbər xətti