"Böyük görüşlərdə qazanmağı öyrənməliyik"

00:11 - 17 Oktyabr 2013

Arda Turan göz yaşlarına sahib çıxa bilmədi
 
Türkiyə millisinin futbolçusu Arda Turan DÇ-2014-ün seçmə mərhələsində Hollandiya ilə oyundan (0:2) sonra gözyaşlarını saxlaya bilməyib.
 
Sportal.az xəbər verir ki, türk yarımmüdafiəçi "pley-off"a vəsiqə qazana bilmədikləri üçün paltardəyişmə otağında hönkür-hönkür ağlayıb.
Çətinliklə də olsa, qarşılaşma ilə bağlı fikirlərini bildirən Arda bu cür böyük maçtları qazanmağı öyrənməli olduqlarını deyib: "Hollandiya, Fransa, İngiltərə kimi milliləri məğlub edə bilməsək, istədiyimizə nail olmayacağıq. Bu məğlubiyyət bizim üçün bir təcrübə idi. Ancaq uduzmağımız pis oldu. Böyük görüşlərdə qazanmağı öyrənməliyik".

Xəbər xətti