İspan futbolçunun həyat yoldaşı: "XL" uduzanda..." MÜSAHİBƏ+FOTOLAR

12:48 - 17 Oktyabr 2013

"Az azarkeşin önündə oynamaq da çətindir"
 
Yunis Hüseynovun gedişindən sonra “Xəzər Lənkəran”a baş məşqçi gətirilən Karles Bakesin zamanından bu komandaya ispan futbolçuların gəlişi başladı. İlk ispanlar Toni Doblas və Alvaro Silva Linarez idi. Toni Doblas “Makkabi” faciəsinə görə Toşak tərəfindən komandadan göndərildi.
 
Mərkəz müdafiəçisi olan Alvaro Silva Linarez isə uelsli mütəxəssisin rəğbətini qazanmışdı. Toşakın gəldiyi ilk dönəmlərdə meydana az-az çıxan ispan müdafiəçi sonralar daha çox meydanda görünməyə başladı.
 
 Ailəsi ilə birlikdə Lənkəranda yaşayan Silva görəsən bu şəhərdə yaşamaqdan məmnundurmu. Ümumiyyətlə necə oldu ki, Alvaro Azərbaycana gəlməyə razılıq verdi? Bu barədə suallara söhbətimizdə Alvaro Silva və onun həyat yoldaşı İsa Mena Lopez aydınlıq gətirdilər.
 
 
 
- Alvaro, Azərbaycana gəlişin necə alındı?
 - İlk olaraq menecer tərəfindən təklif gəldi. Mən də fikirləşdim ki, başqa ölkədə çıxış etmək həm mənim üçün, həm də ailəm üçün yaxşı olar. Hal-hazırda Lənkəranda çox xoşbəxtik və bura gədiyimə görə peşman deyiləm. 
 
- Növbəti sualım xanımınızadı: Azərbaycan sizdə necə təsir yaratdı? 
- Azərbaycan gündən-günə inkişaf edən ölkədir. Bakı gözəl şəhərdir, Lənkəran isə sakit şəhərdir. Lənkəran əhalisi çox mehribandır. Bəzən biz Bakıda olarkən, burada sıxılırıq və Lənkərana getmək istəyirik. Burada yaşamaqdan həm mən, həm də övladlarım xoşbəxtik. 
 
- İsa Mena, İspaniyadan Azərbaycana gəldiniz. Ayrı bir mentalitetlə üzləşmək sizə çətinlik yaratmadı ki?
 - İlk gələndə çətinliklər oldu. Bura ilə İspaniya arasında fərqliliklər var idi. Azərbaycan islam ölkəsidir, ancaq İspaniya xristian. Azərbaycanda əhali Avropadakından elə də fərqlənmir. Oxşarlıqlar da var. Məsələn: ərzaq seçimi elə də fərqlənmir. Buranın ən gözəl tərəfi isə əhalinin mehriban olmasıdır.
 
 - Alvaro, Azərbaycan çempionatı İspaniya çempionatı müqayisə olunmazdır. Ümumiyyətlə burada özünü necə hiss edirsən? Ən azından İspaniya kimi böyük futbol ölkəsindən Azərbaycana gəlmisən.
 - Düzdür, Azərbaycan çempionat bir o qədər də güclü deyil. Amma gündən-günə inkişaf edir. Artıq çempionatda güclü oyunçular oynayır. Ona görə problem yaratmadı. 
 
- İsa Mena, Alvaro Silva ilə evlənməzdən əvvəl futbolla maraqlanırdın? 
- Bəli, mən uşaqlıqdan futbolla maraqlanıram. Həmişə qardaşlarım baxanda mən də onlarla birlikdə izləyirdim. Burada da çalışırıam “Xəzər Lənkəran”ın bütün oyunlarına gedim. İspaniyada belə bir şey var ki, kim futbolla maraqlanırsa stadiondan gedib baxır, ancaq burada futbolçuların xanımlarından başqa qadın azarkeş tapmaq çətindir.
 
 - “Xəzər Lənkəran” məğlub olanda Alvaro Silva evdə necə olur? 
- “Xəzər Lənkəran” nə vaxtsa məğlub olanda Alvaro bütün günü həmin oyundan danışır, biz qalib gələrdik. Odur ki, futbol komandadan başqa, ailədə də problemlər də yarada bilir (gülür) 
 
- Alvaro, yəqin ki, “Xəzər Lənkəran”a gələndən bəri ən acılı günün “Makkabi”yə məğlubiyyət olub? 
- Artıq oyun geridə qaldı və xatırlamaq istəmirəm. 
 
- “Makkabi” ilə oyundan sonra Adrian Pit, Toni Doblas, Bonfirm komandadan uzaqlaşdırıldılar. Səncə, onlar həqiqətən də qəsdən oynamamışdılar?
 - Əgər komanda məğlub olubsa, 4 nəfər yox bütün komanda günahkardı. Bu qərar rəhbərliyin qərarı idi, bu barədə mən heç nə deyə bilmərəm. 
 
- Alvaro, Azərbaycandakı stadionların vəziyyəti haqqında nə deyə bilərsən? 
- Burada sadionlarda oynamaq çox çətindir, mən Lənkəranın stadionda oynamağı xoşlayıram. Çünki həmin oyunda stadionda on minə yaxın azarkeş olur, ancaq digər oyunlarda iki yüz,üç yüz adamdan başqa heç kəs olmur. Az azarkeşin önündə oynamaq da çətindir. Mən oynadığım İspaniya çempionatında stadionlar həmişə dolu olur. Burda çox azarkeşi ancaq Lənkəranda görmək olur. Başqa komandaların sanki fanatları yoxdur.
 
 - Azərbaycan çempionatında ən güclü komanda kimi sayırsan? 
- Əlbəttə ki, “Xəzər Lənkəran”. Biz sadəcə öz üzərimizdə bir az işləməliyik. Biz burada ən güclü komandayıq. 
 
- Növbəti həftə “Neftçi” ilə Superkubok oyunu var. Komandan Superkuboku qazana biləcəkmi?
 - Biz bu il “Neftçi” ilə bir dəfə qarşılaşmışıq. Həmin oyunda hesab bərabər olsa da, çoxlu şanslarımız oldu. Sadəcə top qapıya girmək istəmirdi. Biz bu oyunda asanlıqla qalib gələ bilərik, əgər oyuna yaxşı konsantrasiya olsaq. “Neftçi” ilə çemopionat oyununda hamı gördü ki, komandamız necə oynadı. Rəqibimizin sadəcə bəxti gətirdi. 
 
 - Silva, “Xəzər Lənkəran”a gəlməmişdən qabaq azarkeşlər haqqında məlumatın var idi?
 - İnternetdən baxmışdım oyunlara, oradan gördümki, hər oyun stadion dolu olur və komandalarını sona qədər dəstəkləyir. Lənkəranın möhtəşəm azarkeşi olduğunu bilirdim. 
 
 - İspaniyada hansı komandaya azarkeşlik edirsən?
 - “Malaqa” 
 
- Hansı futbolçularını bəyənirsən? 
- Puyol və Serxio Ramos. Çünki onlarla eyni epizodda oynayıram. 
 
- İsa Mena, Növbəti sualım sizədir. Azərbaycan mətbəxi haqqında nə bilirsiz? 
- Sizin mətbəx çox ləzzətlidir. Mən sizin yeməkləri hazırlaya bilməsəm də, yeyəndə hiss edirəm çox dadlı olur. Ümumiyyətlə Lənkəranda mətbəx çox zəngindir. 
 
 - Ən çox hansı yemək xoşunuza gəlib? 
- Ləvəngi və toyuq supu.
 
 - Bu sualım hər ikinizədir. Boş vaxtlarınız necə keçirirsinzi? 
- Alvaro: Dəniz qırağına və ya çimərliyə gedirik. Lənkəranda şəhərdə gəzməyi də xoşlayırıq. Ancaq Lənkəran bizim üçün Bakıdan daha maraqlı bir şəhərdir. Biz burada ordakı kimi özümümzü rahat hiss edə bilmirik.
 
- İsa Mena: Əlbəttə, Azərbaycan maraqlı ölkədir. Biz Lənkəranı daha çox gəzirik. Şəxsən mən və uşaqlar oranı daha çox xoşlayırıq. Çünki orada çox gözəl təbiət var.
 
 - Lənkərandan başqa hansı rayonlarda olmusunuz?
 - Lerik, Masallı və Qəbələdə olmuşuq. Biz həmçinin Qobustan abidələrini də ziyarət etmişik.
 
 
 - Alvaro, Komandada ən yaxın dostun kimdir? 
- Komandada çox futbolçu ilə münasibətim yaxşıdır. Edu, Skarlatake və s. 
 
- Con Toşakla əvvəlcədən tanışlığın var idi?
- Yox, sadəcə qiyabi olaraq tanıyırdım. 
 
- İsa Mena,  komandada hansısa futbolçunun yoldaşı ilə dostluğunuz var? 
- Bəli, Skarlatake, Edu və Duqlasın yoldaşı ilə tez-tez görüşürəm. 
 
- Alvaro, milli komandamızın oyununa baxdın? 
- Bəli, yaxşı təsir bağışladılar. Bizim komandadan da Rasim Ramaldanov və Rahid Əmirquliyev çıxış edirdi, hər ikisi də yaxşı oynadılar. 
 
- “Xəzər Lənkəran” karyeranda ən unutmadığın qələbə hansıdır? 
- Bir çox qələbəni unutmayacağam, amma ən önəmlisi “Bakı” ilə kubokun yarımfinal matçıdır.
 
 - “Xəzər Lənkəran” son oyunlarda qapıçı səhvləri olur. Səncə, komandanın qapıçı problemi var?
 - Yox, sadəcə Orxan gənc qapıçıdır. Həm də bir hücumçu bir epizod vura bilməsə, heç bir problem olmur, ancaq qapıçının bir səhvi oyunu böyük problem olur.
 
- İlk dövrəni necə dəyərləndirirsən?
- İlk dövrədə 4 oyunda onlarla epizodlarımızolsa da, qalib gəlmədik. Komandanın qara bxti var. Ancaq buda çox getməyəcək, yenə də qələbələrə davam edəcəyik. Mənə görə, Nildo Azərbaycanda ən güclü hücumçudur. O, bu mövsüm 20-dən çox qol vuracaq, bunu əminliklə deyə bilərəm.
 
 
 
SÖHBƏTLƏŞDİ: Yusif HÜSEYN və Elsevər MƏMMƏDOV
Sportal.az 

Xəbər xətti