"El-Klasiko"nun hakimi müəyyənləşdi

22:02 - 17 Oktyabr 2013

Oyunu Malenko idarə edəcək
 
Azarkeşlərin həsrətlə gözlədikləri növbəti “El-Klasiko” məlum olduğu kimi, İspaniya çempionatının 10-cu turunda baş tutacaq.
 
Sportal.az xəbər verir ki, dünyanın ən çox gözlənilən qarşılaşması oktyabrın 26-da, “Nou Kamp”da keçiriləcək. Əzəli rəqiblərin duelində fit çalacaq hakim müəyyənləşib. İspaniya Futbol Federasiyası bu məsuliyyətli missiyanı Undiano Malenkoya həvalə edib. Qeyd edək ki, 40 yaşlı referi ölkəsinin ən təcrübəli referilərindən sayılır.

Xəbər xətti