"Bəlkə də onların ifasında fərqli oyunun şahidi olduq"

02:00 - 18 Oktyabr 2013

Flavinyo:"Eşitdiyimə görə "Rəvan"a yeni baş məşqçi təyin olunub"
 
"Neftçi"nin futbolçusu Flavinyo Premyer Liqanın 10-cu turunun “Rəvan”la oyunu öncəsi fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
 
"Şənbə günü çempionatda yaranmış fasilə başa çatır. Bu tur rəqibimiz olan “Rəvan” klubunu səfərdə məğlub etmişdik. Həmin görüşdə rəqib əsasən müdafiədən oynamağa çalışırdı. Eşitdiyimə görə "Rəvan"a yeni baş məşqçi təyin olunub. Bəlkə də onıların ifasında fərqli oyunun şahidi olduq. İstənilən halda ilk dəqiqələrdən etibarən sona kimi var qüvvəmizlə oynamalıyıq. Məqsədimiz doğma meydanda da qələbə qazanmaqdı. Liderlər qrupundakı mövqeyimizi möhkəmlətmək üçün bu oyundan mütləq 3 xalla ayrılmalıyıq".

Xəbər xətti