"Qarabağ" tam heyətlə toplandı

18:11 - 18 Oktyabr 2013

Ağdam təmsilçisi "Sumqayıt"la oyuna hazırlaşır
 
Azərbaycan Premyer Liqasının X turunda "Sumqayıt"la qarşılaşacaq "Qarabağ" klubu bu oyunun hazırlıqlarını davam etdirir. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda milli oyunlardan sonra nəhayət ki, tam heyətlə toplaşa bilib. Sabah komanda sonuncu çalışmayla matç hazırlıqlarını tamamlayacaq.
 
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu oktyabrın 20-də, saat 16:00-da Sumqayıtdakı arenada keçiriləcək.

Xəbər xətti