"Barselona"ya şad xəbər

20:01 - 18 Oktyabr 2013

 Messi zədəsini tam sağaldıb
 
"Barselona”nın hücumçusu Lionel Messi zədəsini tam sağaldıb və həftəsonu meydana çıxmağa hazırdır.
 
Sportal.az xəbər verir ki, bu barədə argentinalı futbolçu jurnalistlərə açıqlamasında özü məlumat verib. Messi sentyabrın 28-də keçirilən İspaniya çempionatının ötən turunda zədələnmişdi. Bazar ertəsindən etibarən məşqlərə başlayan forvard artıq komandasına kömək etməyə tam hazırdır. Qeyd edək ki, “Barselona” sabah Pamplonada “Osasuna”nın qonağı olacaq.

Xəbər xətti