"Xəzər Lənkəran" - "Neftçi" matçına nə qədər bilet satışa çıxarılıb?

00:30 - 19 Oktyabr 2013

Biletin qiyməti bir manatdır
 
Oktyabrın 23-də “Xəzər Lənkəran” və “Neftçi” futbol komandaları arasında keçiriləcək Azərbaycan Superkuboku uğrunda matçın biletləri Naxçıvana göndərilib.
 
Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, satışa 11 min bilet çıxarılıb.
 
Onların hamısına 1 manat qiymət qoyulub. Superkubok isə Naxçıvana matçdan bir gün öncə aparılacaq. Həmin gün “kiçik torpağ”a PFL prezidenti Ramin Musayev də yollanacaq.
 
Qeyd edək ki, Naxçıvan şəhər stadionunda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 15:00-da başlanacaq.
 
 
lent.az

Xəbər xətti