"İnter" "Şafa"da məğlub oldu YENİLƏNİB

20:49 - 19 Oktyabr 2013

2-ci dövrəyə start verilir
 
Bu gün Azərbaycan Premyer Liqasında 2-ci dövrəyə start verilir. Sportal.az xəbər verir ki, 10-cu turla başlayacaq dövrənin ilk oyun günündə 3 matç baş tutacaq. Açılış oyununda "Neftçi" doğma meydanda "Rəvan"ı qəbul edəcək. İlk dövərni "Qarabağ"la şərikli lider kimi bitirən "ağ qaralar" bu oyunda qalib gəlməyə çalışacaq. "Rəvan" isə yeni baş məşqçisi Şahin Diniyevin başçılığı altından özünü sübut etməyə çalışacaq. Bu komandalar arasında keçirilən ilk dövrədəki oyunda 2:0 hesabı ilə "flaqman"ın xeyrinə başa çatmışdı.
 
 
Turun mərkəzi və günü maraqlı görüşü isə "İnter" və "Qəbələ" arasında baş tutacaq. Artıq öz oyununu tapmış "İnter" və Syomini rəhbərliyi altında iddialı görünən "Qəbələ" arasında görüş maraqla gözlənilir.
 
 
Azərbaycan Premyer Liqası
X tur
 
19 oktyabr
 
“Neftçi” – “Rəvan” 2:1 
Qollar: Bahodir Nasimov,66 - Varea, 8, bahodir Nasimov, 78,
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elman Musayev, Xəlil Hüseynli
“Bakcell Arena” stadionu
 
 
19:00 “İnter” – “Qəbələ” 0:1 
Qol: Subotiç, 45+1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəhim Həsənov
“Şəfa” stadionu

Xəbər xətti