Sxadadzedən məğlubiyyət, Syomindən qələbə şərhi

22:10 - 19 Oktyabr 2013

Hər iki baş məşqçi komandasından razıdır
 
Bu gün  Premyer Liqanın X turu çərçivəsində keçirilən İnter - Qəbələ matçından (0-1) sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib:
 
Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: “Komandadan razı qaldım, məğlub olmağa layiq deyildik. Qol imkanları yaratsaq da, son vuruşu edə bilmədik”.
 
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: "Çempionatda uzun fasilə yaranmışdı, komanda taktiki baxımdan yaxşı hazırlaşdı. Yaxşı oyun göstərdik,layiq olduğumuz qələbəni qazandıq. “İnter” güclü komandadır, oyununda irəliləyiş hiss olunur".

Xəbər xətti