La Liqa: Liderlərdən biri xal itirdi, digəri məğlub oldu VİDEO

11:43 - 20 Oktyabr 2013

"Real" qələbə qazandı
 
İspaniya La Liqasında IX turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, ilk görüş günündə dörd qarşılaşma keçirilib.
 
"Real" doğma meydanda "Malaqa"nı qəbul edib və 2 cavabsız qolla qələbə qazanıb.
 
"Barselona" səfərdə "Osasuna"ya bata bilməyib. Oyun qolsuz heç-heçə ilə bitib. "Atletiko" isə məğlubiyyətlə üzləşib.
 
IX turun qalan görüşləri bu gün və sabah keçiriləcək.
 
 
19 oktyabr
 
"Real" - "Malaqa"  2:0
Qollar: Di Mariya, 46, Ronaldo, 90
 
"Osasuna" - "Barselona"  0:0
 
"Valensiya" - "Real Sosyedad"  1:2
Qollar: Pabon, 90 - Qriezman, 41, Pardo, 58
 
"Espanyol" - "Atletiko" (Madrid)  1:0
Qol: T.Kurtua, 54 (avtoqol)

Xəbər xətti