"Komandalar arasındakı səviyyə fərqi göründü"

21:35 - 20 Oktyabr 2013

Aqil Məmmədov:"Buraxdığımız hər üç qolda müdafiə xəttinin kobud səhvləri oldu"
 
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov  Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilmiş “Qarabağ”la oyunu şərh edib.
 
Sportal.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Oyunun çətin keçəcəyini bilirdik. “Qarabağ” Azərbaycanın ən güclü komandalarından biridi. 90 dəqiqənin yekununda komandalar arasındakı səviyyə fərqi göründü. Rəqibin heyətində çox güclü, ustalıq səviyyəsi yüksək olan futbolçular var. Bu gün buraxdığımız hər üç qolda müdafiə xəttinin kobud səhvləri oldu. Heyətimizdə Premyer Liqa təcrübəsi olan futbolçular azdı”.

Xəbər xətti