"Oktyabrın 24 də bütün "Neftçi" azarkeşləri Super Kubok sahibi kimi sabahı açacaqlar"

22:41 - 20 Oktyabr 2013

Araz Abdullayev:"Bu xəbərə çox sevindim"
 
Bildiyiniz kimi  oktyabrın 23 də Naxçıvanda Azərbaycan Super Kubok oyunu baş tutacaq.
Sportal.az "Neftçi"nin gənc futbolçusu Araz Abdullayevin fikirlərini təqdim edir:
 
"Super Kubok oyunu bizim üçün çox vacibdir kuboklarımızın sırasına bu kubokuda qatmaq pis olmazdı.İnanıram ki oktyabrın 24 də bütün "Neftçi" azarkeşləri Super Kubok sahibi kimi sabahı açacaqlar.Bilirəm ki, Bakıda bizə dəstək üçün bir qrup azarkeş öz hesablarına gələcək. Bu xəbərə çox sevindim  və bizdə öz növbəmizdə əlimizdən gələni edəcəyik ki onlar Naxçıvandan əli boş qayıdmasınlar.Bütün "Neftçi" fanatlarını Bakıda da olsa bizə ruhən dəstək olmağa çağırıram.İnşallah Super Kubok  bizim olacaq." 
 
forza1937.com

Xəbər xətti