Daha bir ulduz futbolla vidalaşdı

01:12 - 21 Oktyabr 2013

Müdafiəçi MLS-də son maçına çıxıb
 
"Monreal İmpakt" - "Filadelfiya Yunion" maçı Alessandro Nestanın karyerasında sonuncu olub.
 
Sportal.az xəbər verir ki, futbolçu karyerasının böyük hissəsini İtaliyada - "Latsio" və "Milan"ın heyətində keçirmişdir.
Romalıların heyətində keçirdiyi 9 mövsümdə bir çox titullar qazanan futbolçu 2002-ci ildə 39 milyon avroya "Milan" transfer olmuşdu. "Rossonerilərin" heyətində kapitanlığa qədər yüksələn Nesta 2 dəfə Çempionlar liqası, 2 dəfə də Skudettonu qazanmışdır.
Həmçinin qeyd edək ki, Nesta İtaliya millisinin heyətində Avro-2000-də gümüş, DÇ-2006-da isə qızıl medallar qazanmışdır.

Xəbər xətti