Türkiyə Superliqası:"Fənərbaxça" üç xalı son dəqiqədə xilas etdi VİDEO

02:50 - 21 Oktyabr 2013

"Trabzonspor" azarkeşləri önündə büdrədi
 
 Türkiyə Superliqasında VIII turun növbəti oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.
"Trabzonspor" - "Sivasspor" oyununda qapılara qol vurulmayıb.

"Qaziantepspor" - "Konyaspor" matçı isə məhsuldarlığı ilə yadda qalıb. Altı qolun vurulduğu görüşdə tərəflər hərəyə 3 dəfə fərqləniblər - 3:3.

"Fənərbaxça" səfərdə "Erciyesspor"un qonağı olub və 2:1 hesablı qələbə qazanaraq liderliyini bir qədər də möhkəmləndirib.
Qeyd edək ki, VIII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.


20 oktyabr
"Trabzonspor" - "Sivasspor"  0:0
 
"Qaziantepspor" - "Konyaspor"  3:3
Qollar:
 Tosun, 38,Traore, 53, 59 - Gekas,35 Aydın, 66, Kabze, 69
 
"Erciyesspor" - "Fənərbaxça"  1:2
Qollar
: Azofeyfa, 23 - Sou,9, Emenike, 90 
"Antalyaspor" - "Akhisar Bələdiyyəspor"  1:0
Qol: Vederson,23 

Xəbər xətti