"Bavariya"dan yeni rekord

22:47 - 21 Oktyabr 2013

Qvardiolanın tələbələri 34 matçdır ki, məğlub olmur

 

Hazırda Bundesliqada 23 xalla birinci pillədə olan "Bavariya" özünə məxsus olan rekordunu yeniləyib.
 
Sportal.az xəbər verir ki, çempionatda "Mainz"ə 4:1 hesabı ilə qalib gələn Münhen təmsilçisi bu qələbə ilə məğlubiyyətsizlik seriyasını 34-yə yüksəldib.
 
Klub əgər bundan sonrakı iki oyunda da qalib gələrsə, Bundesliqa tarixi ərzində 36 matçlıq məğlubiyyətsizlik rekorduna sahib olan "Hamburq"a çatmış olacaq.

Xəbər xətti