"XL"in sabiq futbolçusu:"Mən hələ gözləyirəm"

00:03 - 22 Oktyabr 2013

Junior Osvaldo:"Bu bir xalı uğur saymaq olar"
 
AZAL "XL"in köhnə futbolçusu Junior Osvaldonu baxışa çağırıb.
 
Futbolçu "Bakı" ilə oyunda AZAL-ın yanında olaraq komandasını dəstəkləyib və oyun bitdikdən sonra Sportal.az əməkdaşının suallarını cavablandırıb:
"Hələlik baxışdayam, müqavilə imzalamamışam.Mən hələ baş məşqçinin qərarını gözləyirəm. Lakin mən bu komandada qalıb oynamaq istəyirəm.
Bugünki oyunda hesabda geridə olsaq da, sonradan iki qol vurub bir xal qazandıq. Bunu uğur saymaq olar"

Xəbər xətti