"Canavarlar"da şok itki

00:22 - 22 Oktyabr 2013

Kapitan 10 günlük sıradan çıxdı
 
İtaliyanın "Roma" klubunun hücumçusu və kapitanı Françesko Totti zədələnib. 
 
Sportal.az xəbər verir ki, futbolçu "Napoli" ilə oyunda zədələnərək meydanı tərk edib. Həkim müayinəsindən keçirilən oyunçunun 10 gün yaşıl meydandan kənarda qalacağı deyilib. Bundan sonra o yenidən tibbi müayinəyə tabe tutulacaq. Belə olan halda, Totti "Roma"nın İtaliya A Seriyasında "Udineze" ilə oynayacağı qarşılaşmaya çıxa bilməyəcək.

Xəbər xətti