Pelleqrinin ağ yalanı

01:25 - 22 Oktyabr 2013

"Baş məşqçimiz rəqiblərin qalib gəldiyini dedi, biz də çıxıb qalib gəldik"

 
Premyer Liqaya istədiyi kimi başlaya bilməyən və 8 turdan sonra 16 xalla 4-cü yerdə olan "Mançester Siti"də baş məşqçi Pelleqrininin bazar günü oynanan "Vest Hem" matçında oyunçularına yalan dediyi ortaya çıxıb.
 
Sportal.az xəbər verir ki, "Çelsi" və "Arsenal"ın 4-1 hesablarla qalib gəldiyi həftədə Boleyn Ground Upton Park'a qonaq olan "Mançester Siti"də baş məşqçi Pelleqrini oyunçularına "Mançester Yunayted"in də "Soutqempton" qarşısında qalib gəldiyini bildirib. Bununla bağlı olaraq gənc müdafiəçi Micah Riçards "Məşqçimiz Yunayted"in qazandığını dedi, əvvəlcədən də "Çelsi" və "Arsenal"ın qalib gəldiyini bilirdik. Biz də çıxıb qalib gəldik" deyə danışıb.
 
Qeyd edək ki, "şəhərlilər" həmin oyunda "Vest Hem"i səfərdə 3-1 hesabıyla məğlub edib.

Xəbər xətti