TFF-dən "Qalatasaray"a üç xal

22:31 - 22 Oktyabr 2013

"Beşiktaş"a texniki məğlubiyyət verildi
 
Türkiyə Futbol Federasiyası  yarımçıq dayandırılan “Beşiktaş” – “Qalatasaray” qarşılaşması ilə bağlı qərarını açıqlayaıb. 
 
Sportal.az xəbər verir ki, TFF bu oyunla bağlı “Qalatasaray”a texniki qələbə (3:0) verib.

Belə ki, sentyabrın 22-də keçirilən oyun 1:2 hesabı ilə qonaq komandanın xeyrinə başa çatarkən meydan sahibinin azarkeşləri stadiona daxil olmuş və matçın hakimi oyunu 90+3-cü dəqiqədə yarımçıq dayandırmağa məcbur olmuşdu 

Qeyd edək ki, Federasiyanın bu qərarından sonra “Qalatasaray” 13 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
 

Xəbər xətti