"Barselona" türk dilində də danışacaq

00:43 - 23 Oktyabr 2013

Türk azarkeşləri sevindərəcək xəbər
 
İspaniyanın "Barselona" klubu rəsmi internet səhifəsi türk dilində də yayımlanacaq.
 
Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Yaxın vaxtlarda sayta türk dilinin əlavə olunacağı bildirilib. 
 
Qeyd edək ki, internet istifadəçiləri hazırda "Barsa"nın saytından katalan, ispan, ingilis, çin, ərəb, fransız, indoneziya, yapon və portuqal dillərində istifadə edə bilir.

Xəbər xətti