Tərlan Əhmədov: "İstefa barədə mənə heç nə deyilməyib"

18:24 - 23 Oktyabr 2013

"Superkuboka sahib çıxmaq üçün əlimizdən gələni etsək də"
 
Azərbaycan çempionatı və kubokun ardından Superkuboku da qazanmaq istəyirdik. Lakin oyunumuz alınmadı".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun məşqçisi Tərlan Əhmədov "Xəzər Lənkəran"la superkubok matçından (1:2) sonra deyib.
 
T.Əhmədov bu görüşdə rəqibin layiqli qələbə qazandığını bildirib: "Fərqli iki hissə izlədik. İlk hissədə oyunumuz alınmadı. Fasiləyə məğlub yollandıq. Lakin ikinci hissədə yaxşı təsir bağışladıq. Hesabı da bərabərləşdirməyə müvəffəq olduq. Superkuboka sahib çıxmaq üçün əlimizdən gələni etsək də, "Xəzər Lənkəran" layiqli qələbə qazandı".
 
Topaz Premyer Liqanın növbəti turundan istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirən Əhmədov bunu mətbuatdan oxuduğunu deyib: "Bu barədə mətbuatdan oxudum. İstefa haqda mənə hələ ki, heç nə deyilməyib. İstənilən halda rəhbərliyin qərarına hörmətlə yanaşmalıyıq. Bundan sonra nə olacağını bilmirəm".

Xəbər xətti