"Sumqayıt"dan bir şad, iki bəd xəbər

13:04 - 24 Oktyabr 2013

Komanda Qəbələyə itkilərlə gedir
 
Premyer Liqanın növbəti turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını başa vurub.
 
Sportal.az xəbər verir ki, komanda dünən son məşqini keçirib. Zədəli olan Sabir Allahquliyev və Elçin Sadıqov məşqdə iştirak eləməyib.
"Qarabağ"la qarşılaşmada zədə səbəbindən oynamayan Vüqar Əsgərov artıq tam sağalıb. "Sumqayıt"bu gün Qəbələyə yola düşəcək.
"Qəbələ" - "Sumqayıt" oyunu oktyabrın 25-də saat 15:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Xəbər xətti