"Neftçi"də Tərlan Əhmədov dönəmi rəsmən bitdi

17:23 - 24 Oktyabr 2013

Məşqçilər korpusu istefa verdi
 
“Neftçi”nin məşqçilər korpusu,Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyev bu gün istefa ərizələrini klub prezidenti Sadıq Sadıqova təqdim ediblər.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbərliyi tərəfindən hər üç məşqçinin istefa ərizələri qəbul edilib. “Neftçi” klubu istefa vermiş məşqçilərə gələcək fəaliyyətlərində uğurlar arzulayır.
 
Qeyd edək ki, Sadıqov Azərbaycan Superkubokunun “Xəzər Lənkəran”la oktyabrın 23-də baş tutan oyunundan (1:2) sonra məşqçilərin istefaya göndəriləcəyini açıqlamışdı.
 

Xəbər xətti