"Barsa"da "El-klasiko" öncəsi şok itki

23:02 - 24 Oktyabr 2013

Pike "Real"la matçda oynamaya bilər
 
Həftəsonu “Real”la üz-üzə gələcək “Barselona” “El-Klasiko”ya ciddi itki ilə çıxa bilər. 
 
Sportal.az xəbər verir  ki, Kataloniya klubunun əsas heyət üzvlərindən olan Xerard Pike zədələnib. “Milan”la Çempionlar Liqası görüşündə sol dizindən zədələnib müdafiəçi “Real”la oyunu buraxa bilər. Əslində həkimlər Pikenin zədəsinin o qədər də ciddi olmadığını bildiriblər. Bununla belə, baş məşqçi Xerardo Martinonun futbolçusunu riskə atmayacağı gözlənilir. 

Xəbər xətti