Nazim Süleymanov rəsmən "Neftçi"də

16:42 - 25 Oktyabr 2013

"Ağ qaralar" yeni baş məşqçisinə qovuşdu
 
“Neftçi”nin yeni baş məşqçisi Nazim Süleymanovla rəsmi müqavilə imzalanıb. 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün “Neftçi”nin bazasında komandanın yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib. 

Klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə baş tutmuş görüşdə Nazim Süleymanov komanda üzvlərinə təqdim edilib. Yeni baş məşqçinin köməkçisi isə Səmədağa Şıxlarov olacaq.

Xəbər xətti