"Mən rəhbərliyin qarşısında ultimatum irəli sürməmişəm"

19:20 - 25 Oktyabr 2013

Kasilyas haqqında yayılan xəbərləri təkzib etdi
 
İker Kasilyasın “Real”dakı gələcək karyerası hələ də qaranlıq olaraq qalmaqdadır.
 
Sportal.az xəbər verir ki, təcrübəli qolkiperin qışda Madrid klubunu tərk edəcəyi real görünür. Xatırladaq ki, bu günlərdə İspaniya mətbuatında Kasilyasın “Real” rəhbərliyi qarşısında ultimatum irəli sürdüyü yazılmışdı. Ancaq açıqlama verən İker bu xəbəri təkzib edib: "Mən rəhbərliyin qarşısında ultimatum irəli sürməmişəm. Sadəcə, mütəmadi oynamaq istəyirəm və özümü buna tam hazır hesab edirəm". 

Xəbər xətti