"Mançester Siti"də "Çelsi" matçı öncəsi şok itki

23:35 - 25 Oktyabr 2013

Kompani bu matçı buraxmalı olacaq
 
İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində səfərdə "Çelsi"nin qonağı olacaq "Mançester Siti" klubu bu oyuna ciddi itki ilə çıxacaq.
 
 Sportal.az xəbər verir ki, Mançester təmsilçisinin kapitanı Vinsent Kompani zədə səbəbindən "Çelsi" ilə matçı buraxmalı olacaq.
 
"Mançester Siti"nin baş məşqçisi Manuel Peleqrini də xəbəri təsdiqləyib: "Bəli, Kompani zədəli olduğundan "Çelsi"yə qarşı oynaya biməyəcək. Təbii ki, bu bizim üçün ciddi itkidir. Çünki "Çelsi" ilə oyun asan olmayacaq. Hazırda turnir cədvəlində rəqibdən bir xal geridəyik. Əgər qələbə qazanmaq istəyiriksə, bu görüşdə yaxşı oynamalıyıq".
 
Qeyd edək ki, "Çelsi" - "Mançester Siti" oyunu oktyabrın 27-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Xəbər xətti