Türkiyə Superliqası:"Fənərbaxça" üç xalı üç qolla qazandı VİDEO

01:22 - 26 Oktyabr 2013

"Sivasspor" növbəti qələbəsini qazandı
 
Türkiyə superliqasında IX turun oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

"Fənərbaxça"  öz meydanında "Qaziantepspor"u qəbul edib və 3:1 hesabı ilə qalib gəlib. İstanbul təmsilçisi bununla da xallarını 22-yə çatdıraraq liderliyini bir qədər də möhkəmləndirib.

Digər oyunda "Sivasspor" "Ercisyesspor"u qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, tura oktyabrın 28-də keçiriləcək bir oyunla yekun vurulacaq.


25 oktyabr


"Fənərbaxça" - "Qaziantepspor" 3:1
Qollar:
 Emenike, 14,85 Sou, 39 -  Stilic, 75 

"Sivasspor"  - "Erciyesspor"   2:0
Qollar:
 Aatif Şeşu, 20, 75.

Xəbər xətti