"Real" Bill Qeytslə danışıqlara başladı

15:11 - 26 Oktyabr 2013

"Real"ın stadionun adı "Microsoft Santyaqo Bernabeu" ola bilər
 
Dünyanın ən çox qazanan klubu olan "Real" (Madrid) klubu ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunu yeniləmək üçün sponspor olaraq "Microsoft" şirkətinin sahibi Bill Qeytslə danışıqlara başlayıb.
 
Sportal.az xəbər verir ki, bu barədə İspaniyanın "El Mundo Deportivo" qəzeti məlumat yayıb. 
 
Qəzet bu danışıqların nəticəsinin 2014-cü ilin ortalarında məlum olacağını iddia edib. Əgər hər iki tərəf arasında razılıq əldə olunarsa, stadion "Microsoft Santyaqo Bernabeu" adlandırılacaq.
 
Qeyd edək ki, Madrid klubu stadionu yeniləmək üçün 400 milyon avroluq büdcənin lazım olduğunu açıqlamışdı.

Xəbər xətti